AZ

Tulin Ələkbərovanın vəkili bəzi məqamları açıqladı – VİDEO

Xəbər verdiyimiz kimi, dünən Kikboksçu Tulin Ələkbərova və tələbəsi Abbas Rəhimlinin barələrində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərin şikayətinə baxılaraq onlar barədə verilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Tulin Ələkbərovanın vəkili Nicat Mehtixanov məhkəmə qərarından sonra açıqlama verib.

O, şikayətin təmin olunmadığını deyib:

“Abşeron rayon məhkəməsinin qərarına əsasən Tulin Ələkbərova barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi. Qərardan narazı olduğumuz üçün Apellyasiya şikayətindən müraciət etmişdik. Apellyasiya şikayətimizə baxıldı. Əfsuslar olsun ki, şikayətimiz təmin edilmədi”

“Qeyd edək ki zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Tulin Ələkbərovadan şikayət tələbinin olmadığını bildirib. Növbəti günlərdə yenidən Abşeron rayon məhkəməsinə ev dustaqlığı qətimkan tədbiri seçilməsi ilə bağlı müraciət edəcəyik və ümid edirik ki, uğurlu nəticə əldə edə biləcəyik”, – vəkil bildirib.

Qeyd edək ki, idmançılar Abşeron rayonu ərazisində törədilmiş quldurluqda təqsirləndirilirlər. Onlar dekabrın 4-də 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirməkdə, onun 110 manat pulunu ələ keçirərək quldurluq etməkdə ittiham olunurlar.

Seçilən
32
nocomment.az

1Mənbələr