ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Bakıda 46 yaşlı müəllim qəfil vəfat edib.
Globalinfo.az News24.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
Belə ki, Qaradağ rayon Korgöz qəsəbəsində yerləşən 197 saylı orta məktəbin ibtidai sinif müəllimi, 1979-cu il təvəllüdlü Sevda Həsənova qəfil ürək tutmasından dünyasını dəyişib.
Məktəbdən bildirilib ki, 2025-ci ildə artıq 3-cü müəllimdir ki, vaxtsız vəfat edir. Məlumata görə, bir neçə ay əvvəl məktəbin informatika müəlliməsi Vəsfiyyə Məlikova yol qəzasında həlak olmuşdu.


Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.