AZ

Sumqayıtda 700 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində700 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə "Azəriqaz" İctimai Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, kanal qırağı ərazisində şkaf tipli qaztənzimləyici məntəqənin quraşdırılması ilə əlaqədar bu gün saat 11:30-dan etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

Seçilən
26
11
avtosfer.az

10Mənbələr