AZ

Ayxan Abbasov və Emin Mahmudov kimlərə səs verib? - "The Best"

FİFA-nın təşkil etdiyi ilin ən yaxşı futbolçusu və məşqçisi seçimində kimin kimə səs verməsi məlum olub.

"Football-plus.az" xəbər verir ki, ölkəmizi səsvermədə təmsil edən milli komandamızın baş məşqçisi Ayxan Abbasov və komandanın kapitanı Emin Mahmudovun da seçimi müəyyənləşib.

Ayxan Abbasov Əşrəf Hakimiyə (PSJ) 5, Kilian Mbappeyə ("Real") 3, Məhəmməd Salaha ("Liverpul") 1 səs verib.

Emin Mahmudov Kilian Mbappeyə ("Real") 5, Usman Dembeleyə (PSJ) 3, Lamin Yamala ("Barselona") isə 1 səs verib.

Azərbaycan mediasından Rasim Mövsümov isə müvafiq olaraq Usman Dembele, Lamin Yamal və Əşrəf Hakimiyə səs verib.

Xatırladaq ki, səsvermənin yekununda Usman Dembele (Fransa) 50 səslə 1-ci, Lamin Yamal (İspaniya) 39 səslə 2-ci, Kilian Mbappe (Fransa) 35 səslə 3-cü olub.

Seçilən
48
6
football-plus.az

7Mənbələr