Bu gün Azərbaycan I Liqasında XI tur start götürür.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun bütün görüşləri Peşəkar Futbol Liqasının "I Liqa/II Liqa" yutub kanalında canlı yayımlanacaq.
Turun açılış günündə iki matç baş tutacaq. Əvvəlcə "Zaqatala" ilə MOİK görüşəcək. Günün ikinci oyununda isə "Baku Sportinq" səfərdə aşkar autsayder "Şimal"ı sınağa çəkəcək.
Azərbaycan I Liqası
XI tur
17 dekabr
14:00. “Zaqatala” – MOİK
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
14:30. “Şimal” – “Baku Sportinq”
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.