AZ

Bakıda 31 yaşlı qadın dəm qazından öldü

Bakıda daha bir nəfər dəm qazının qurbanı olub.

Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 16-sı saat 06 radələrində Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Rəşidə Abdullayeva yaşadığı evdə dəm qazından zəhərlənib.

Onun meyiti yaxınları tərəfindən hamam otağında aşkar edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
30
4
avtosfer.az

5Mənbələr