AZ

Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!

Bakı. Trend:

Uşaq evində böyümüşəm. 25 yaşında elə uşaq evində birlikdəböyüdüyüm Zəhra ilə evləndim. Çox alışmışdım onun varlığına, uşaqevindən ayrıldıqda da onsuz necə qala biləcəyimə görə üzülmüşdüm.Hər ikimiz valideynlərimizi uşaq vaxtı itirmişik. Talelərimizoxşardır.

Zəhra məndən fərqli olaraq, ali təhsil almışdı. Elə nikahımızdanbir neçə gün sonra özəl şirkətlərdən birindən iş təklifi aldı. Oqədər çətinlikdən sonra ürəyincə iş tapmasına görə sevinci yerəgöyə sığmırdı. Mən isə həmişə “qara” işlərdə çalışmışam, əvvəlləravtoyumada çalışırdım, indi isə avtomobil ustasıyam.

Ailəmdən mənə yalnız ev qalıb, daha dəqiq desək, nənəmdən. 50 kvmetrlik evin qiyməti mənim üçün misilsizdir. Pəncərələr, qapılar,döşəmə elə nənəmin cavan vaxtından təmir olunmuşdu. Döşəməninüstündə gəzəndə qorxunc səslər verirdi.

Vəfatından sonra da təmir etdirməyə gücüm çatmadı. Zəhranınartıq rəsmi işi olduğu üçün onun adına təmir üçün kredit götürdük.Müddəti bir az uzun seçmişdik, aylıq az ödəniş etmək üçün. Bankişçisi bizə əlavə olaraq, həyat sığortası da təklif etdi. Düzünüdeyim, birinci dəfə eşidirdim, qulağıma bir az qəribə gəldi.Beynimdə o qədər suallar yarandı ki, işçini yordum. Bir-birimizinüzə baxdıq, məbləğ böyük olmadığı üçün bu sığortanı götürməyi qəbuletdik.

Neçə il idi ki, krediti ödəyirdik, bəzən mən də kömək edirdim.Artıq övladımız da olduğu üçün vəziyyət o qədər də ürəkaçandeyildi. Yoldaşım Zəhranın anası o uşaqikən xərçəngdən vəfatetmişdi, çox gənc yaşında. Həmişə bu xəstəlikdən qorxardı, eləqorxduğu da başına gəldi. Xərçəng Zəhranı 2 ay ərzində əlimizdənaldı apardı. Göz qırpımında.

İtkilərə alışmışam, həyatımı bu cür də qəbul edirəm. Həmişəsevdiklərimin itkisi ilə sınanmışam... Bu vəziyyətimdə hələ üstəlikbank işçisinin mənə zəng edib krediti gecikdirdiyimi soruşması dacanımı lap sıxmışdı. Çox əsəbləşmişdim, hirsli formada vəziyyətimiizah edirdim. Bank işçisi səbirlə mənə bir vaxtlar götürdüyümüzhəyat sığortası barədə məlumat verdi. Sən demə belə olan hallardahəyat sığortası borcu öz üzərinə götürür. Elə qalan borcumuz həyatsığortası tərəfindən ödənildi. Düzdü, Zəhranı itirmək mənə çox pistəsir edib, hələ də özümə gələ bilmirəm, Bir də üstünə maddiçətinlik gəlsəydi, halım betər olardı.

Məqalədə:
Seçilən
54
4
az.trend.az

5Mənbələr