AZ

Tiktoker Nahid Nəsirov barəsində olan qərardan apellyasiya şikayəti verdi -EKSKLÜZİV

Tiktoker Nahid Nəsirov barəsində olan qərardan apellyasiya şikayəti verib.

Bu barədə “Qanunla.az”a tiktokerin vəkili 10 saylı Vəkil Bürosunun vəkili Vasif Mirzəyev məlumat verib.

Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxsin təqsirini sübut edəcək cinayət işi materiallarında hər hansı bir dəlil yoxdur:

“Biz məhkəmə baxışında da Nahid Nəsirovun təqsirsizliyini isbatlayacaq dəlilləri və tiktok yazışmalarını məhkməyə təqdim etmişik. Məhkəmə sadəcə bizim sübutları düzgün qiymətləndirməyib. Ümid edirəm ki, Bakı Apellyasiya Məhkəməsi bu işə obyekt baxacaq və Nərimanov rayon məhkəməsinin qərarını ləğv edib Nahid Nəsirovu həbsdən azad edəcək”.

Xatırladaq ki, Nərimanov Məhkəməsinin hakimi Mehriban Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə tiktoker Nahid Nəsirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddənin sanksiyasında 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Seçilən
78
2
hakimiyyet.az

7Mənbələr