AZ

FIFA ya şikayət olundu Nigeriya DÇ 2026 ya yollana bilər

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Nigeriya Futbol Federasiyası 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) seçmə mərhələsində Konqo Demokratik Respublikası (KDR) ilə oyunun nəticəsindən FIFA-ya şikayət ərizəsi ilə müraciət edib.Bizim.Media ESPN-ə istinadən xəbər verir ki, Nigeriya tərəfi KDR yığmasının heyətində vətəndaşlıqla bağlı qaydaları pozaraq meydana çıxan doqquza qədər oyunçunun olduğunu açıqlayıb.

 

Məlumata görə, sözügedən futbolçular Avropada anadan olublar və həmin pasportlarından imtina etməyiblər. KDR qanunlarına görə, bu, ikili vətəndaşlığın qadağan edildiyi ölkədə vətəndaşlığa sahib olmaqla bir araya sığmır.

FIFA-nın şikayətlə bağlı yekun qərarını mart ayında keçiriləcək DÇ-2026-ya vəsiqə uğrunda qitələrarası pley-off görüşlərinə qədər verəcəyi gözlənilir.Xatırladaq ki, Nigeriya yığması DÇ-2026-ya vəsiqə uğrunda Afrika zonasında keçirilən pley-off mərhələsinin final görüşündə Konqoya məğlub olub (1:1, penaltilərlə 3:4). Bundan sonra KDR yığması qitələrarası pley-off mərhələsinə yüksəlib, Nigeriya isə nüfuzlu turnirə vəsiqə qazanmaq şansını itirib.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
84
50
bizim.media

10Mənbələr