AZ

Əfran İsmayılov maşınına qovuşdu

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Ötən ay sabiq futbolçu, hazırda “Araz-Naxçıvan”ın köməkçi məşqçisi Əfran İsmayılov maşınının Dövlət Yol Polisi tərəfindən səbəbsiz yerə saxlandığını, maşınını tapa bilmədiyini demişdi. Hansı cərimə meydançasında olduğu ilə bağlı məlumatı olmayan İsmayılov maşınını tapa bildimi? Bu barədə gənc mütəxəssisin özü ilə əlaqə saxladıq:

“Açığı, mənə qarşı hörmətsizlik və anlaşmazlıq olmuşdu. Heç bir günahım olmadan maşınımı cərimə meydançasına aparmışdılar. Şükürlər olsun ki, hər şey qaydasına düşdü. Əsas səbəbkar DYP-nin mətbuat katibi Toğrul Nəsirli oldu. Mənlə əlaqə saxladı, aydınlaşdırdıq, hər şey qaydasına düşdü. Maşınım hazırda özümdədi. Belə şeylər olur”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
1
icma.az

2Mənbələr