AZ

Bakı Konqres Mərkəzi 31 ədəd hibrid avtomobil ALACAQ

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən "Bakı Konqres Mərkəzi" MMC xidməti minik avtomobilləri alacaq.

Avtosfer.az xəbər verir ki, qurum ümumilikdə 36 ədəd hibrid mühərrikli sedan tipli avtomobil almağı planlaşdırır.

Avtomobillər iki kateqoriyaya bölünür: 15 ədəd E-seqment (full-size) və 21 ədəd D-seqment (mid-size) sedan.

Satınalma üzrə müsabiqənin ehtimal olunan dəyəri 3 milyon 37 min manat təşkil edir./baku.ws

Seçilən
68
2
avtosfer.az

3Mənbələr