AZ

Bakıda “Dino Park” açılır - QİYMƏTLƏR

Yaxın günlərdə Hava Limanı yolu üzərində yerləşən Baku Expo Center-də "Dino Park" açılacaq.

"Yeni Sabah" xəbər verir ki, "Dino Park"-ın açılışına saylı günlər qalıb. "Dino Park"ın Bakının ən böyük və ən həyəcanlı dinozavrlar parkı olacağı bildirilir. Burada nəhəng, real ölçülü və səs-küylü dinozavrlarla yanaşı - interaktiv atraksionlar, hərəkət edən dinozavrlar və hətta üzərində gəzə biləcəyiniz xüsusi ride-dinozavrlar yer alacaqdır. 

Daha bir yenilik - "pulsuz avtobus xidməti" də olacağı elan edilib. Belə ki, "Koroğlu" metro stansiyasından pulsuz avtobus sizi Baku Expo Center-ə aparacaq və Baku Expo Center-dən "Koroğlu" metro stansiyasınadək gətirəcək. Avtobusların üzərində "Dino Park" yazılacaq.

QİYMƏTLƏR

"Dino Park"a giriş üçün biletin qiyməti böyüklər üçün 15 manat, uşaqlar üçün 20 manat olacaqdır. 3 yaşadək uşaqlara girişin pulsuz olması nəzərdə tutulub. Fiziki qüsurlu şəxslərə isə giriş ödənişsiz olacaqdır. 

Bilet bütün gün üçün keçərlidir. Ərazidə mövcud olan bütün attraksionlar qiymətə daxildir. Ərazidə 20-dən çox hərəkət edən və səs çıxaran dinozavr mövcuddur. Ən böyük dinozavrın hündürlüyü 9,5 metrdir.

İmkanlar:

• 5 ədəd böyük şişmə batut

• 3 ədəd dairəvi batut

• Üzərinə minmək mümkün olan və hərəkət edən dinozavrlar

• Qum və oyuncaqlarla oyun zonası

• Ayrı oyun zonası

• Şəkil çəkmək üçün xüsusi zonalar. (Marja.az)


Telegram kanalımız
Seçilən
50
5
yenisabah.az

6Mənbələr