AZ

“Tramp yalnız Ermənistan-Azərbaycan münaqişəsinin həllinə töhfə verib”

ABŞ Prezidenti Donald Tramp hakimiyyətdə olduğu ilk ildə səkkiz müharibəyə son qoyduğunu iddia edir.

Lakin onun bəzi sülh müqavilələri təcrübədə əsasən təsirsiz olub. Trampın müharibələrə son qoymaq və asayişi bərpa etmək barədə ritorikası “tüstü və güzgü” kimi görünür.

“Cebheinfo.az”-ın məlumatına görə, Almaniyanın “Deutsche Welle” nəşri belə yazır.

Nəşrin məlumatına görə, Tramp administrasiyasının həllinə töhfə verdiyini bəyan edə biləcəyi yeganə münaqişə Ermənistan və Azərbaycan arasındakı mübahisədir. Burada ABŞ-nin fəal iştirakı təqribən 40 il davam edən gərginliyin faktiki olaraq başa çatmasına səbəb oldu.

“Onun sülh adlandırdığı şeylər əsasən müvəqqəti fasilələr, nizalamlanma haqqında razılaşmalar, yaxud münaqişənin əsl səbəblərini nəzərə almayan mətbuat konfranslarındakı qələbələrdən ibarət olub” - nəşrə ABŞ-də fəaliyyət göstərən “Code Pink” müharibə əleyhinə çıxış edən qrupun təsisçisi Medeya Benjamin bildirib.

“Bunlar uzunmüddətli sülh müqavilələri deyil, müharibənin yenidən başlamasının qarşısını almaq əvəzinə, onu gecikdirən qısamüddətli siyasi qərarlardır”, - ekspert əlavə edib. 

Seçilən
36
cebheinfo.az

1Mənbələr