AZ

“Saatlardır Biləsuvar gömrük postunda qalmışıq, səbəbini bilmirik” – VİDEO

Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlar Biləsuvar gömrük postunda problemlə üzləşib.

Bizim.Media Baku.ws-ə istinadən xəbər verir ki, sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda qalıb.

Vətəndaşlardan biri bununla bağlı video çəkib. O bildirib ki, saatlardır soyuq havada gözləyirlər:
 

“Saat 04:27-dən buradayıq. Keçidimizə icazə verilmir. Xəstələr, uşaqlar var. İnsanlar əziyyət çəkir. Lakin hər hansı məlumat verilmir, səbəbini bilmirik”.


Həmin görüntüləri təqdim edirik:


Bizim.Media

Seçilən
58
7
bizim.media

8Mənbələr