Rusiyada 2026-cı ilin əvvəlində 677-ci layihəli (“Lada”) iki ədəd dizel-elektrik sualtı qayığın təməlinin qoyulması planlaşdırılır.
Herbiand.az bildirir ki, bunu Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı, admiral Aleksandr Moiseyev jurnalistlərə açıqlamasında deyib.
“Mövcud dövlət müdafiə sərəncamı çərçivəsində müqavilələr artıq imzalanıb. Fikirləşirəm ki, yaxın gələcəkdə, gələn ilin əvvəlində sualtı qayıqların kilin təməlinin qoyulmasında iştirak edəcəyik. Bu, Rusiyanın qeyri-nüvə sualtı qayıq donanmasının təməlidir”, - admiral bildirib.
Layihə 677 dizel-elektrik sualtı qayığının uzunluğu 66,8 metr, eni 7,1 metrdir. Suya enmə dərinliyi 300 metrə qədər, davamlılığı 45 gündür. Heyət 36 nəfərdən ibarətdir. Sualtı qayıqlar altı 533 mm-lik torpedo boruları ilə təchiz olunub ki, bunlardan “Kalibr” qanadlı raketlərini də atmaq mümkündür.
Bəxtiyar CƏFƏRLİ