AZ

“Anama söydülər deyə bu onlara Allahın cavabı oldu”

Ötən gecə basketbol üzrə Avroliqada “Fənərbaxça”ya 81:77 hesabı ilə qalib gələn “Panatinaikos” klubunun baş məşqçisi Ergin Ataman oyundan sonra sərt açıqlamalar verib. 

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, o, qarşılaşmanı İstanbul klubunun azarkeşlərinin anasını təhqir etdiklərinə görə qazandıqlarını bildirib: 

“Təxminən 10 min Fenerbahçe azarkeşi 87 yaşlı anama qarşı söyüş söydü, təhqiramiz şüarlar səsləndirdi. Çox məyusam. Bu savadsız insanlar anama qarşı belə bir davranış göstərdilər. Belə davranış ədalətli deyil. Həqiqətən çox üzgünəm. Elə onların təhqirlərinə görə matçı 10 xal geridə olsaq da, geri dönüş edib qazandıq. Bu onlara Allahın cavabıdır”.

"Cebheinfo.az"

Seçilən
67
1
cebheinfo.az

2Mənbələr