ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hollivud ulduzu Ancelina Coli "Time France" jurnalının üz qabığında yer alıb.
Axşam.az xəbər verir ki, 50 yaşlı aktrisa kamera qarşısına yarıçılpaq formada keçib.
Bununla da o, 2013-cü ildə keçirdiyi profilaktik mastektomiyadan sonra bədənində qalan izləri nümayiş etdirib.
"Bu illəri bir çox qadınla bölüşürəm. Digər qadınların da öz hekayələrini paylaşdığını görəndə həmişə təsirlənirəm. Mən də onlara qoşulmaq istədim" deyə, Coli bildirib.


Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.