AZ

Rimas Kurtinaytis: “Bizdə belə bir imkan yoxdur” – ARENA.AZ

“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis basketbol üzrə FIBA Çempionlar Liqasının qrup mərhələsində keçirdikləri sonuncu oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu ötən gecə səfərdə Almaniyada “Alba Berlin” komandası ilə üz-üzə gəlib.

Təmsilçimiz bu görüşdə 82:106 hesablı məğlubiyyətlə üzləşib. Rimas Kurtinaytis qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında heyətlə bağlı problemlərdən şikayətlənib:

“Bu, bizim FİBA Çempionlar Liqasında ilk mövsümümüz idi. Əlbəttə, təcrübə baxımından problemimiz var. Bu da təbii haldır. Evdə çox yaxşı oyunlarımız oldu. Amma təəssüf ki, evdəki performansı səfər oyunlarında nümayiş etdirə bilmədik. Heyətdə rotasiya ilə bağlı çətinliklərimiz var. Biz 7 nəfərlə ilk 3 periodlarda yaxşı mübarizə aparırıq, lakin əvvəlki bəzi oyunlarda olduğu kimi, bu dəfə də son periodda heyətdəki rotasiya imkanlarının çatışmazlığı səbəbindən istədiyimizi edə bilmədik. “Alba Berlin”də eyni zamanda 3-4 oyunçu əvəzlənir, amma bizdə belə bir imkan yoxdur. Buna baxmayaraq, bu turnir bizim üçün böyük təcrübə oldu”.

Xatırladaq ki, “Sabah” FİBA Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 6 oyunda cəmi 1 qələbə qazanıb, 5 məğlubiyyətə üzülüb. Komanda topladığı 7 xalla qrup sonuncusu olub və mübarizəni dayandırıb.

Seçilən
29
9
arena.az

10Mənbələr