AZ

Ermənistanda II Qareginin istefası tələbi ilə imza toplanır QARŞIDURMA BÖYÜYÜR

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Ermənistan hakimiyyəti bölgələrdə bütün ermənilərin katolikosu II Qareginin istefası tələbi ilə aktiv şəkildə imza toplamağa başlayıb.Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Iravunk” qəzeti öz mənbələrinə istinadən yayıb.

 

Məlumata görə, bu təşəbbüsün müəllifi hakim partiyadan olan deputat Karen Saruxanyandır. Onun ideyası partiyadaşları tərəfindən dəstəklənib, hətta baş nazir Nikol Paşinyan da bu təşəbbüsü müsbət qiymətləndirib.

Nəşr yazır ki, təşəbbüs təsdiqləndikdən sonra Paşinyanın liturgiyalarında “dəstək qrupu” kimi fəaliyyət göstərən “səyyar inanclılar” kənd və şəhərlərdə, o cümlədən avtobus dayanacaqlarında insanlardan imza toplamağa başlayıblar. İmza toplama prosesinə Şirak vilayətindən start verildiyi bildirilir.Qeyd olunur ki, həmin vilayətin yeparxiya rəhbəri Ajapahyan hazırda həbs altındadır.“Iravunk”un məlumatında vurğulanır ki, bu proses cəmiyyətdə və kilsə–dövlət münasibətlərində ciddi rezonans doğurub.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
1
bizim.media

2Mənbələr