Qırmızı Ürəklər Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Bayram səbəti" xeyriyyə aksiyasına start verir. 15 dekabr-5 yanvar tarixlərini əhatə edən aksiyanın məqsədi əhalinin sosial həssas qrupundan olan şəxslərə dəstək olmaq, bayram sevincini onlarla bölüşməkdir.
Aksiyaya qoşulmaq istəyənlər vizualda yerləşdirilən QR kodu oxutmaqla, eləcə də "Birbank/Kapital Bank" terminallarından, "Birbank" və "m10" mobil tətbiqlərindən asanlıqla ianə edə bilərlər.
Fond hər kəsi bu humanist missiyaya qoşulmağa, həmrəylik nümayiş etdirməyə və ehtiyacı olan ailələrə dəstək olaraq, onlara əsl bayram sevinci yaşatmağa çağırır.