AZ

Türkiyənin məşhur aktrisası xristian oldu FOTO

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Türkiyənin məşhur aktrisalarından Məltəm Miraloğlunun ABŞ-da Tomas Vik adlı xristian bir din xadimi ilə evləndiyi, xüsusi ayinlə xristianlığı qəbul etdiyinə dair məlumatlar yayılıb. 

Globalinfo.az xəbər verir ki, “Bir bulud olsam” və “Həyat davam edir” serialları ilə məşhurlaşan aktrisa 2017-ci ilə türkiyəli rejissor olan həyat yoldaşından boşanaraq ABŞ-a köçmüş, burada Patrik Qredi adlı özündən 48 yaş böyük biri ilə evlənmişdi.

Daha sonra Miraloğlunun Qredidən boşandığı, maddi vəziyyətinin yaxşı olmadığı və evlərə təmizliyə getdiyi bildirildi. Hətta aktrisa 2024-cü ildə video paylaşaraq ABŞ-da məcburi şəkildə saxlanıldığını və pasportunun özündə olmadığını söyləmişdi.

Ötən gün isə onun xristian din xadimi ilə evləndiyi və onun dinini qəbul etdiyinə dair iddialar yayıldı.

Məltəm və keçmiş həyat yoldaşı Patrik Qredi

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
107
globalinfo.az

1Mənbələr