Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xaçmaz, 17 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Fest-Payız 2025” festivalı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalda Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgi və rəngarəng bədii proqram təqdim olunub.
Heydər Əliyev Mərkəzində keçirilən tədbiri Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsi birgə təşkil edib.
“Fest-Payız 2025” adlı festivalın keçirilməsində məqsəd şagirdlər arasında məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək və erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər yetişdirməkdir.
Tədbirdə istedadlı şagirdlər musiqi və rəqs nömrələri ilə çıxış ediblər.
-1 / 15
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.