Putin söz verib ki, Macarıstanı cəzalandırmayacaq.
İnterpress.az xəbər verir ki, bu barədə “Mandiner” nəşri məlumat yayıb. Baş nazir Moskvanın dondurulmuş aktivlərlə bağlı qərarına necə reaksiya verəcəyini açıqlayıb
Macarıstanın baş naziri Viktor Orban Brüsselə səfəri zamanı Rusiya prezidenti Vladimir Putinə məktubla müraciət etdiyini bildirib.
O, məktubda Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən istifadə edərsə, Moskvanın hansı cavab tədbirləri görəcəyini və bu məsələdə ayrı-ayrı üzv dövlətlərin səsverməsinin nəzərə alınıb-alınmayacağını soruşub.
Orbanın sözlərinə görə, Putin cavabında bildirib ki, Rusiya buna “güclü cavab verəcək”, lakin Aİ sammitində kimin necə səs verdiyini mütləq nəzərə alacaq.
Baş nazir əlavə edib ki, əgər sammitdə üzv dövlətlərin əksəriyyəti aktivlərdən istifadə barədə qərar qəbul etsə belə, Macarıstan (lehinə səs vermədiyi təqdirdə) bundan zərər çəkməyəcək.
Xuraman Etibarlı
İnterpress.az