AZ

Serbiyanın iri hərbi sənaye şirkətinin nümayəndəsi Moskvada naməlum şəraitdə ölüb

Serbiyanın dövlətə məxsus “Yuqoimport-SDPR” hərbi sənaye şirkətinin nümayəndəsi Radomir Kurtiç naməlum şəraitdə Moskvada ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

Bildirilir ki, Kurtiçin ölümündən sonra Moskvaya səfər edən “Yuqoimport-SDPR” şirkətinin nümayəndələri şirkətin ofisində çoxlu sayda sənədin, eləcə də kompyuterlərin "hard" disklərinin oğurlandığını aşkar ediblər.

Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradın Moskvada Kurtiçin ölümü ilə bağlı Rusiya tərəfdən rəsmi məlumat gözlədiyini təsdiqləyib.

Rusiya mediası Kurtiçin ölümü ilə bağlı hələlik məlumat yaymayıb, dövlət qurumlarından da hər hansı reaksiya olmayıb.

Qeyd olunur ki, “Yuqoimport-SDPR” regionun ən böyük müdafiə sənayesi şirkəti olmaqla silah, hərbi texnika və müdafiə texnologiyalarının ticarəti ilə məşğuldur.

Seçilən
30
3
operativmm.az

4Mənbələr