AZ

Rusiyaya dəhşətli HÜCUM-irizavod , gəmi və neft bazası VURULDU

Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb. “Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Krasnodar diyarının Slavyansk-na-Kubani şəhərində yerləşən ‘Slavyanskiy’ neft emalı zavodunun infrastrukturunu vurub”, – Baş Qərargahdan bildirilib.
Hədəf ərazisində partlayışlar və yanğın qeydə alınıb. Məlumata görə, “Slavyanskiy” zavodu ildə təxminən 5,2 milyon ton xam neft və kondensat emal edir və Rusiya ordusunun təminatında iştirak edir. Bundan əlavə, Rostov vilayətində yerləşən “Nikolayevskaya” neft bazasının ərazisinə də zərbə endirildiyi təsdiqlənib. İlkin məlumatlara görə, bir rezervuar və “Kapitan Qibert” adlı çay gəmisi zədələnib.

Həmçinin Luqansk vilayətinin ərazisində sahə artilleriya anbarı vurulub.

Seçilən
27
4
Ajans.az

5Mənbələr