AZ

Azərbaycan müdafiə naziri Türkiyə hərbi heyətini qəbul edib FOTO

Dogru.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergün və nümayəndə heyətini qəbul edib.

Doğru.az xəbər verir ki, qardaş ölkənin nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək ehtiram göstərib, Zəfər parkı və abidəsinə əklil qoyub.

Görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb, hərbi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Ordu generalı L.Ergün isə təşəkkürünü bildirərək ölkələr arasında əlaqələrin qarşılıqlı inam və etimada əsaslandığını diqqətə çatdırıb.

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yeni perspektivlərini və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
1
dogru.az

10Mənbələr