AZ

Mütəşəkkil dəstə üzvləri SAXLANILDILAR: 47 kiloqram narkotik vasitə aşkarlandı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Paytaxt və bölgələrdə baş tutan növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Səddam Əsədov, Emin Balakişiyev və Emin Əliyev saxlanılıblar.

Editor.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onlardan 47 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Seçilən
61
43
editor.az

10Mənbələr