ain.az, Azpolitika.az saytına istinadən bildirir.
ABŞ Administrasiyası hazırkı danışıqlarda müsbət nəticə əldə edilməyəcəyi halda, Kiyevlə bərabər, Moskvaya qarşı da yeni təzyiq vasitələrinə əl atacaq.
“AzPolitika” xəbər verir ki, “Bloomberg”-in vəziyyətlə tanış mənbələrə istinadla yaydığı xəbərə görə, ABŞ Ukrayna ilə sülh müqaviləsini rədd edəcəyi təqdirdə Moskvaya təzyiqi artırmaq üçün Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar hazırlayır.
Nəşr qeyd edir ki, ABŞ müxtəlif variantları nəzərdən keçirir. Bir neçə mənbəyə görə, Vaşinqton yeni tədbirləri gələn həftənin əvvəlində açıqlaya bilər.
“Bloomberg” qeyd edib ki, ABŞ Maliyyə naziri Skott Bessent bu planları həftənin əvvəlində bir qrup Avropa səfiri ilə görüşündə müzakirə edib. Lakin, onlar vurğulayıblar ki, bu məsələ ilə bağlı son qərarı ABŞ Prezidenti Donald Tramp verəcək.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.