AZ

Acqarına doşab içmək olar? - Həkimdən AÇIQLAMA

Bir çox valideyn övladlarının günə səhərlər bir qaşıq doşabla başlamasını faydalı hesab edir. Valideynlərin bir qismi doşabı uşaqların həm zehni inkişafını dəstəkləmək, həm də D vitamini səviyyəsini artırmaq üçün istifadə edir. Bunun əsas səbəbi doşabın vitamin və minerallarla zəngin olduğu düşüncəsidir.

Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Dr. Dicle Çelik bildirib ki, doşaba həddindən artıq məna yüklənir:

“Xüsusilə acqarına doşab verilməsini doğru hesab etmirik. Bu, qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər və artıq çəkili uşaqlarda kökəlməni artıra bilər. Doşab təbii məhsuldur, amma onu dəmir mənbəyi və ya dəmir əlavəsi kimi qəbul etmək düzgün deyil. Mütləq şəkildə ölçülü-biçili istifadə olunmalı, acqarına verilməməlidir”.

Mütəxəssis eyni zamanda doşabın istehsal şəraitinin də mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, yüksək temperaturda yandırılaraq hazırlanan doşablar sağlamlıq üçün risk yarada bilər və bu cür məhsullardan uzaq durmaq tövsiyə olunur.

Həkimlər valideynlərə tövsiyə edirlər ki, uşaqların qidalanmasında doşabdan istifadə edərkən mütləq ölçüyə diqqət yetirsinlər və sağlamlıqla bağlı qərarları həkim məsləhəti əsasında versinlər.

Nuriyyə NATİQQIZI

Seçilən
166
1
redaktor.az

2Mənbələr