AZ

İran ABŞ-yə çağırış etdi: “Sülh üçün...”

İranın xarici işlər naziri Abbas Əraqçi nüvə probleminin həlli üçün ABŞ ilə qarşılıqlı hörmətə əsaslanan danışıqlara hazır olduqlarını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Əraqçi “Al Jazeera” telekanalına verdiyi müsahibədə, iyun ayında İranın nüvə obyektlərinə İsrail və ABŞ tərəfindən edilən hücumlardan sonra ABŞ Prezidenti Donald Trampa “sülh yolu ilə həll üçün güclü diplomatiya” çağırışı etdiyini söyləyib.

ABŞ ilə qarşılıqlı hörmətə əsaslanan danışıqlara hazır olduqlarını vurğulayan Əraqçi bunları deyib: 

“Əgər hər iki tərəf bir-birinin hüquqlarına hörmət edər və qarşılıqlı maraqlara əsaslanan razılaşmaya hazır olarsa, sülh yolu ilə həll tamamilə mümkündür”.

İranın nüvə obyektlərinə edilən hücumların ciddi zərər verdiyini etiraf edən Əraqçi, lakin İranın nüvə proqramının “bilik və texnologiyasının məhv edilə bilmədiyini” bildirib.

Seçilən
18
2
cebheinfo.az

3Mənbələr