AZ

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək

BAKI, 17 dekabr. TELEQRAF

Maliyyə Nazirliyi sabah Bakı Fond Birjasında dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac təşkil edəcək.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, hərracda AZ0201120034 İSİN kodlu kuponlu, ortamüddətli dövlət istiqrazları satışa çıxarılacaq.

İstiqrazların nominal dəyəri 100 manat, ümumi həcmi isə 50 milyon manat (500 min ədəd istiqraz) təşkil edir.

İstiqrazların kupon dərəcəsi 6,5% olaraq müəyyən edilib. Tədavül müddəti 720 gündür və kupon ödənişləri 2026-cı ilin 30 mart və 30 sentyabr, həmçinin 2027-ci il 30 mart və 30 sentyabr tarixlərində həyata keçiriləcək. Əsas məbləğin ödəniş tarixi isə 2027-ci il 30 sentyabr olaraq planlaşdırılıb.

Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Qeyd edilən tarixdə həyata keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 100 faizədək artırıla bilər.

Seçilən
85
teleqraf.com

1Mənbələr