AZ

Heyvandarlıq sektorunda istehsal və ixrac göstəriciləri artıb - Məcnun Məmmədov

Bakı. Trend:

Bu il ölkədə ət istehsalı 1,2 faiz, süd istehsalı isə 0,3 faizartım göstərib.

Trend xəbərverir ki, bunu Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov bu günBakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və KOBİA-nıntəşkilatçılığı ilə keçirilən “Süd və ət istehsalı üzrə mövcudproblemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərinqiymətləndirilməsi” mövzusunda ictimai müzakirə zamanı deyib.

Onun sözlərinə görə, heyvandarlıq sektorunda istehsal və ixracgöstəriciləri artıb:

"Son illər heyvanların baş sayında azalma müşahidə olunsa da,məhsuldarlığın artırılması əsas prioritetlərdən biri kimi müəyyənedilib.

İxrac istiqamətində xüsusilə quşçuluq və yumurta sahəsindəmüsbət dinamika qeydə alınıb. Cari ilin ilk 11 ayı ərzində yumurtaixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artıb.

Heyvandarlıq sektorunun stimullaşdırılması məqsədilə bir sıradəstək tədbirləri həyata keçirilir. Bu çərçivədə on mindən artıqfermerə ümumilikdə 128 milyon manatdan çox güzəştli kredit ayrılıb.Eyni zamanda, heyvanların xüsusi xəstəliklərə qarşı peyvəndlənməsidövlət hesabına aparılır.

İşğaldan azad edilmiş ərazilərdə də heyvandarlığın inkişafıməqsədilə bu tədbirlər məqsədyönlü şəkildə icra ediləcək. Bununlayanaşı, cins heyvanların yerli heyvanlar arasında payının aşağıolması, eləcə də kiçik təsərrüfatlarda məhsulların emalı ilə bağlıçətinliklərin mövcudluğu sektorun əsas problemlərindəndir. Buproblemlərin aradan qaldırılması üçün damazlıq və süni mayalanmanıngenişləndirilməsi prioritet istiqamət kimi müəyyən olunub".

Seçilən
92
az.trend.az

1Mənbələr