AZ

MKE-nin 7.62 mm-lik müasir pulemyotu kütləvi istehsala hazırdır

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən inkişaf etdirilən müasir pulemyot seriyalı istehsala hazırdır.

MKE-dən “Poliqon”a verilən məlumata görə, “Makine ve Kimya Endüstrisi” Milli Piyada Tüfəyi layihəsindən əldə etdiyi təcrübə ilə Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarına uyğun yeni silah sistemlərini hazırlamağa davam edir.

Bu çərçivədə MKE mühəndisləri tərəfindən tamamilə yerli və milli imkanlarla dizayn edilərək hazırlanmış Türkiyənin ilk piyada tipli müasir pulemyotu kvalifikasiya edilərək seriyalı istehsala hazır vəziyyətə gətirilib.

MKE imzası daşıyan müasir pulemyot (Modern Makineli Tüfek – MMT), ümumilikdə 250 minə qədər atış sayı və 40 müxtəlif çətin NATO testini uğurla keçib. 1 ildən az bir müddətdə kvalifikasiya prosesi tamamlanan MMT, 7.62 mm x 51 kalibr NATO standartlı mərmi ilə problemsiz şəkildə atış edə bilir.

Təxminən 8 kiloqram ağırlığında və 1000 metr təsirli məsafəyə sahib olan MMT, dəqiqədə fasiləsiz 750 mərmi atım qabiliyyəti ilə də türk əsgərinin döyüş sahəsindəki vuruş gücünü artıracaq.

Yüksək atəş gücü və davamlılığı ilə seçilən MMT, NATO standartlarına uyğun istehsal edilən analoqları arasında nisbətən daha yüngül olması ilə də diqqət çəkir.

Qaz porşenli və fırlanan başlı kilidləmə mexanizminə sahib olan MMT, müxtəlif ətraf mühit və çətin iqlim şəraitlərində effektiv şəkildə istifadə oluna bilər. 6 pilləli tənzimlənən qundaq və erqonomik dizaynı ilə türk əsgərlərinə rahat istifadə imkanı təqdim edən pulemyotun patronları da MKE-yə bağlı zavodlarda yerli və milli imkanlarla istehsal olunur.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

MMT

MMT

MMT

Seçilən
25
poliqon.az

1Mənbələr