Bu kənddə hətta cib telefonu gəzdirmək belə qadağandır
7News.az xəbər verir ki, Parisin cənubundakı Sene-et-Marne bölgəsində yerləşən Fransanın Seine-Porte kəndi ictimai yerlərdə smartfonlardan istifadəyə məhdudiyyətlər qoyub. Kənd rəhbərliyinin tətbiq etdiyi yeni qaydalara əsasən, sakinlər artıq açıq yerlərdə smartfonlarından istifadə edə bilməyəcəklər. Əhalisi 2000-dən az olan kənddə 277 seçicinin 54 faizi texnologiyadan istifadə ilə bağlı yeni məhdudiyyətləri dəstəkləyib.