AZ

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb

Bakı, 17 dekabr, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Mərkəzi Asiya ölkələri: tarix, cəmiyyət və mədəniyyət” adlı məqalələr toplusu rus dilində nəşr edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Mərkəzi Asiya ölkələri şöbəsində hazırlanan toplunun elmi redaktoru və layihənin rəhbəri şöbənin müdiri filologiya elmləri doktoru, professor Lalə Əhmədovadır.

Topluda Mərkəzi Asiya regionunda ictimai-siyasi, tarixi, sosial-mədəni proseslərlə bağlı məsələlər nəzərdən keçirilir. Kitabda müxtəlif alimlərin Mərkəzi Asiya regionunda baş verən proseslərə siyasi, tarixi baxışları işıqlandırılır. Müəlliflər diqqəti milli identiklik, mədəni inteqrasiya və tarixi yaddaş məsələlərinə yönəldirlər. Bu nəşr Mərkəzi Asiyada həyata keçirilən müasir elmi araşdırmaların nəticələrini əks etdirməklə regional elmin inkişafına kömək edir.

Nəşrdə Qazaxıstandan akademik Karlıqaş Nuqmanovanın “Trans-Xəzər beynəlxalq nəqliyyat marşruru - Asiya və Avropa arasında qarşılıqlı əlaqələrin açarı”, Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru siyasi elmlər doktoru Baktıkan Torogeldiyevin “Müasir qırğız xalqının siyasi mədəniyyətinin xüsusiyyətləri”, Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının professoru filologiya elmləri doktoru Janna Tolısbayevanın “Qazaxıstan qadın nəsrində nə o cür deyil?”, eləcə də AMEA-nın Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya şöbəsinin müdiri professor Lalə Əhmədovanın “Mərkəzi Asiyada islamın siyasiləşdirilməsi və desiyasətləşdirilməsinin öyrənilməsinin tarixşünaslıq aspektləri”, baş elmi işçi, siyasət elmləri doktoru Adil Mirabdullayevin “Xəzər regionu müasir dünya siyasətində” məqalələri və s. yer alıb.

 

Seçilən
77
3
azertag.az

5Mənbələr