AZ

Rəqsanə tənqidlərə cavab verdi: Kitab sayı 300 yox, 500 idi

Müğənni Rəqsanə İsmayılova son günlər gündəmi zəbt edən 300 kitab oxuması ilə bağlı fikirlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, sosial media hesabında paylaşım edən ifaçı bu gün haqqında yayılan bütün iddialara cavab verəcəyini bildirib:

“Bir azdan Xəzər TV-də mətbuatda yayılan bütün söz-söhbətlərə cavab verəcəm. Orada danışacam, hər şey bitəcək. Bu arada kitab sayı 500 idi”.

Xatırladaq ki, müğənni Rəqsanə İsmayılova müsahibələrindən birində həbsdə olduğu 3 ay müddətində 300 kitab oxuduğunu və Quranı, Bibliyanı və Tövratı bitirdiyini deyib. Eyni zamanda, ifaçı “Müəllimə” adında kitab da yazıb.

Seçilən
45
1
publika.az

2Mənbələr