Rəqsanə İsmayılova şəxsi həyatına dair yayılan söz-söhbətlərə aydınlıq gətirib.
"Yeni Sabah" xəbər verir ki, o, ötən gün konsertində “Fazillə hər şey bitib” deməsinin düzgün anlaşılmadığını bildirib.
Müğənni qeyd edib ki, sözləri yalnız hisslərini ifadə etmək üçündür və hər hansı ayrılıq yoxdur:
“Deyim ki, sevgini Fazillə bitirdim. Amma biz ayrılmamışıq. Dünəndən o da əsəbiləşdi ki, bunu açıqlamadın. İndi uşaqlarımla birlikdəyik. Ayrılmağı gizlətmək mümkün deyil, nə vaxtsa ortaya çıxır”.
Qeyd edək ki, müğənninin Fazil Əmiraslanovla nikahından 2 övladı var.
Telegram kanalımız