Yolun uzunluğu 4,5 kilometrdir və tikintisinə 138 milyon avro xərclənib.
QHT.az xəbər verir ki, Avropanın ən uzun kanat yolu dizaynının ilk dəfə irəli sürülməsindən 17 il sonra Parisdə istifadəyə verilib. Paris Téléphérique (C1) adlanan 4,5 kilometrlik xətt 9-cu metro xəttini şəhərin cənub-şərqində yerləşən Villeneuve-Saint-Georges ərazisi ilə birləşdirir. Layihəyə 138 milyon avro xərclənib və xətt üzrə hər biri 10 nəfərlik 105 gondola gündə 11 mindən çox sərnişin daşıyacaq. Kanat yolu ilə səyahət təxminən 18 dəqiqə çəkir ki, bu da avtobusla müqayisədə iki dəfə sürətlidir.
Layihə ictimai nəqliyyatın zəif olduğu ərazilər üçün metroya daha ucuz alternativ kimi qiymətləndirilir.
R.İmanov