Dietoloq Yelena Ustinova yeni il süfrəsində sağlamlıq üçün ən təhlükəli qida birləşmələrini açıqlayıb.
Redaktor.az xəbər verir ki, həkim bu haqda lenta.ru-ya danışıb.
Yelenanın sözlərinə görə, sağlamlıq baxımından ən riskli kombinasiyalardan biri spirtli içkilərin həddindən artıq yağlı yeməklərlə birlikdə qəbul edilməsidir. Bu cür qida seçimi qaraciyərə, mədəaltı vəzə və öd kisəsinə düşən yükü xeyli artırır.
“Alkoqolu yağlı ət yeməkləri, hisə verilmiş məhsullar və mayonezli salatlarla deyil, daha yüngül qəlyanaltılarla birlikdə qəbul etmək daha məqsədəuyğundur”, - deyə Ustinova tövsiyə edib.
Bundan əlavə, dietoloq müxtəlif növ spirtli içkilərin qarışdırılmasının da orqanizmə düşən yükü artırdığını bildirib. Onun sözlərinə görə, alkoqolun bir qədər buz kubikləri ilə soyudulması isə içkinin dərəcəsini azaltmağa və ümumilikdə qəbul edilən spirt miqdarını azaltmağa kömək edə bilər.
Aytəkin TOFİQQIZI