Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gürcüstanda və qonşuölkələrdə avtomobil sənayesinin transformasiyasına dəstək məqsədiləQafqaz regionunda ən böyük avtomobil distribyutoru olan “TegetaMotors” şirkətinə 25 milyon avro məbləğində kredit ayırır.
Trend bu barədəAYİB-ə istinadən xəbər verir.
Maliyyələşdirmə Tbilisidə GEZI gömrük zonası yaxınlığındayerləşən "Tegeta"nın yeni servis mərkəzinin genişləndirilməsinəyönəldiləcək. Gürcüstanın Şərq–Qərb nəqliyyat dəhlizinin əsashissəsi olan Tbilisi dolama yolunda yerləşən bu servis mərkəzi eynivaxtda 30-dan çox iriölçülü nəqliyyat vasitəsinə xidmət göstərəbiləcək ki, bu da şirkətin servis imkanlarını əhəmiyyətli dərəcədəartıracaq.
Qeyd olunur ki, kreditlə yanaşı, AYİB iki texniki əməkdaşlıqproqramını da həyata keçirəcək. Bu proqramlar beynəlxalqstandartlara uyğun peşə təhsili təşəbbüslərinin inkişafını,həmçinin “Tegeta Motors”un idarəetmə strukturunun qlobaltəcrübələrə uyğun şəkildə gücləndirilməsinə yönəlmiş komplekskorporativ idarəetmə planının hazırlanmasını əhatə edir.
“Saziş GEZI "Tegeta" servis mərkəzində AYİB-in Qafqaz üzrəregional direktoru Alkis Vrienios Drakinos və “Tegeta Motors”un başicraçı direktoru Yekaterina Kavtaradzenin iştirakı iləimzalanıb.
AYİB-in texniki əməkdaşlıq proqramlarının dəstəyi ilə "TegetaAkademiyası" mexaniklər üçün akkreditə olunmuş təlim proqramlarınastart verəcək, mövcud kursları Tbilisidən kənardakı dinləyiciləriəhatə etmək üçün rəqəmsallaşdıracaq, həmçinin milli peşəbacarıqları standartlarının hazırlanmasının təşəbbüskarıolacaq.
Akademiya eyni zamanda "European Training Foundation Network ofExcellence" qlobal şəbəkəsinə qoşularaq Gürcüstanda peşə təhsilisahəsində yeni standartların formalaşdırılmasına töhfə verəcək. Azı200 iştirakçı nəzəri dərslər və GEZI servis mərkəzində praktikiməşğələləri əhatə edən təlimlərdən keçə biləcək.