Baku.ws saytına istinadən ain.az xəbər verir.
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva ilə keçmiş həyat yoldaşı Tolqa Karel arasındakı gərginlik davam edir.
BAKU.WS xəbər verir ki, bu dəfə də Günay sosial şəbəkə hesabında Tolqa haqqında paylaşım edib.
Günay "Mən tamamilə günahsızam. Amma məsələ bu deyil. "Ata kimi ata" olmadığına görə sənin adını hallandıran mən deyiləm. Sənin necə ata olduğun sorğulanmalıdır" -deyə, Tolqaya haqqında qeyd edib.
Qeyd edək ki, ötən gün Musayeva Türkiyədə "Biz Bize" verilişinə qonaq olub. O efir zamanı bildirib ki, övladını İngiltərədə həkimə aparmaq istəyib, amma Tolqa icazə kağızını imzalamayıb.
Günay və Tolqa 2015-ci ildə ayrılıb. Aktyorun ikinci evliliyindən isə ABŞ-da daha 4 övladı var.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.