AZ

Putin Avropa liderlərini “donuz” adlandırdı –"Orada heç bir sivilzasiya yoxdur"

Avropada heç bir sivilizasiya yoxdur, orada yalnız deqradasiya var“.

AzPost bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Müdafiə Nazirliyinin yekun kollegiya iclasında çıxış edərkən bildirib.

O deyib ki, Rusiya Qərb ailəsinə daxil olmayıb: “SSRİ-nin dağılmasından sonra elə görünürdü ki, Rusiya tezliklə “sivil” Qərb ailəsinin bərabərhüquqlu üzvünə çevriləcək. Amma belə bir şey baş vermədi. Biz Qərbin bərabərhüquqlu hissəsinə çevrilməmişik”, – deyə Putin bildirib.

Putin deyib ki,, müharibəni biz 2022-ci ildə Rusiya başlatmayıb: “Qərb əslində onu özü törətdi”.

Putin Avropa siyasətçilərini “donuzlar” adlandırıb. O, iddia edib ki, onlar Rusiyanın dağılmasından faydalanmaq və “qisas almağa” çalışmaq istəyirlər. Putin Medvedevdən sitat gətirib. “Hamı Rusiyanın qısa müddət ərzində dağılacağını düşünürdü, amma Avropa donuzları ölkəmizin dağılmasından faydalanmaq ümidi ilə dərhal bu səylərə qoşuldular”, – deyə Putin bildirib.

AzPost.az

Seçilən
105
azpost.info

1Mənbələr