AZ

Tramp yenidən “qadağa siyasəti”nə qayıdır: təhlükəsizlikmi, yoxsa siyasi mesaj?

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton ABŞ-yə giriş qadağası tətbiq olunan ölkələrin siyahısını genişləndirib.

Yeni siyahıya Burkina-Faso, Mali, Cənubi Sudan, Niger, Suriya, Laos və Sierra-Leone daxildir.

Qeyd edək ki, son iki ölkə üzrə əvvəllər ABŞ-yə qismən giriş qadağası tətbiq olunmuşdu.

Məlumat Ağ Evin rəsmi saytında yerləşdirilib.

Sərəncam ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanıb.

Sənəddə həmçinin əvvəlki qadağaların qüvvədə qaldığı qeyd olunur. Belə ki, ABŞ-yə hələ də Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının girişi qadağandır.

Bəs görəsən, qadağların genişləndirilməsi Trampın “sərt immiqrasiya” xəttinin davamı, yoxsa yeni mərhələsidir?

ABŞ ictimai rəyində bu cür qərarlar necə qarşılanır: təhlükəsizlik, yoxsa diskriminasiya kimi?

Bu qərarı sadəcə “davam” kimi yox, Trampın immiqrasiya siyasətində daha sərt və sistemləşdirilmiş yeni mərhələ kimi oxumaq daha doğrudur.

Tramp üçün immiqrasiya məsələsi ilk gündən təhlükəsizlik yox, siyasi identiklik mövzusudur. İlk prezidentliyi dövründə “travel ban” əsasən müsəlman ölkələrini hədəfə alırdı və ciddi hüquqi-siyasi müqavimətlə qarşılaşdı. İndi isə siyahı coğrafi və dini baxımdan daha “qarışıq” görünür. Bu, Trampın əvvəlki xəttinin daha texniki dillə bəzədilmiş, hüquqi cəhətdən “sığortalanmış” formasıdır.

Ancaq bir məsələ də var.

Lakin ABŞ-də təhlükəsizlik ekspertlərinin əksəriyyəti bu arqumentlərin hamısını qismən doğru, amma şişirdilmiş sayır.

Statistika göstərir ki, ABŞ-də terror aktlarının böyük əksəriyyəti ABŞ vətəndaşları və ya uzunmüddətli rezidentlər tərəfindən törədilib.

Qadağa tətbiq olunan ölkələrdən gələn şəxslərin təhlükəsizlik riski sistematik olaraq sübut olunmayıb.

Yəni təhlükəsizlik arqumenti tam yalan deyil, amma seçici şəkildə istifadə olunur.

Günay

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
104
icma.az

1Mənbələr