AZ

Zəka sahibləri hansı işlərlə məşğul olmalıdır?

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Aristotel, Nitşe, xüsusi ilə də Platon zamanına uyğun olaraq, “Filosoflar, yaradıcı adamlar idarə etməlidir, çünki yalnız onlar həqiqəti bilirlər.

Onlar torpaq əkməli, ticarətlə məşğul olmalı, ya da hərbi iş görməli deyillər” kimi sözlər deyirdilər.

Platonun fikrincə, ağıl sahibi olan insanlar fiziki zəhmətlə deyil, cəmiyyətin düşüncə və idarəetmə sahələrində çalışmalıdırlar.

Bu, həm də onların cəmiyyətə daha faydalı olması üçün idi.

Nitşe isə fiziki zəhməti aydın insanlara ümumiyyətlə yaraşdırmırdı.

O bu barədə deyirdi:

“Yaradıcı və ali ruha sahib olan insan “kütlənin zəhmətini” deyil, iradə və düşüncə ilə yaradılanı üstün tutmalıdır”.

Ancaq bütün bunlara baxmayaraq, min illər sonra müasir Azərbaycan cəmiyyətinə nə filosof, nə də yazıçı, ziyalı, zəka sahibi lazım oldu.

Onlar üzünü aydın insanlara tutaraq dedilər:

“Nə deyirsən, ə? Get, daş daşı, svarka vur!”

Bəlkə də, zamanın tələbi budur. Əlbəttə, heç kimin heç kimə borcu da yoxdur. Fəqət bir cəmiyyətin aydınlanması, maariflənməsi üçün aydın insanlara ehtiyacı, aydın insanların isə rifaha ehtiyacı var.

Məhz Platonun dediyi də bu idi. Bir zəka sahibi həm də fiziki işləmi məşğul olmalıdır?

Fiziki işlə məşğul olan zəka sahibi zəka işləri ilə necə məşğul olsun?

Zəka sahibləri nə üçün başqa işlər görməyə məcbur qalmalıdır?

Nəhayətində beyinlə, zəka ilə görünən işlər də zəhmətdir:həm də ağır zəhmət.

Müasir dövrdə xeyli məsələlərin deqredasiyaya uğraması həm də bu kimi məsələlərin nəticəsidir.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
84
icma.az

1Mənbələr