AZ

Adil Nəsibov: “QHT-lər artıq şablon layihələrdən uzaqlaşır”

“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov QHT.az-a açıqlamasında bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu il də fəaliyyətinin miqyasını genişləndirərək həm xarici ölkələrlə əlaqələri inkişaf etdirib, həm də icra olunan layihələrin effektivliyinə xüsusi nəzarət edib.

Onun sözlərinə görə, layihələrin təqdimetmə müddətində və büdcəsində müşahidə olunan artım görülən işlərin keyfiyyətinə müsbət təsir göstərir:

"Aparılan uğurlu siyasətin nəticəsi olaraq şablon layihələr artıq icra edilmir. Bütün bunlar QHT-ləri yeniliyə effektli formada kökləyir. 2026-cı ildə ölkəmizdə bir neçə əlamətdar hadisə qeyd ediləcək. Bakı şəhəri 2026-cı il üçün Avropa İdman Paytaxtı (European Capital of Sport) seçilib. Gələn il Molla Nəsrəddin jurnalının işiq üzü görməsinin 120 illiyi, BTC boru kəmərinin istismara verilməsinin 20 illiyi qeyd ediləcək. 2026-cı ildə Azərbaycanın məşhur şairlərinin yubileyləri qeyd ediləcək. Gələn il həmçinin qardaş Türkiyə Cümhuriyyətində Malazgit zəfərinin 955-ci ildönümü qeyd ediləcək. Bəstəkar-şair-ifaçı-satirik Bəhram Nəsibov həmin mövzuları yaradıcılığında vəsf edib. “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi olaraq inşallah gələn il bu əlamətdar hadisələrə həsr edilmiş layihələri icra etməyi planlaşdırırıq".

Seçilən
138
qht.az

1Mənbələr