AZ

Beyləqan taxılçıları indiyədək 12 min hektardan çox sahədə səpin aparıblar

Beyləqan, 17 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Beyləqan rayonunun taxılçıları gələn ilin məhsulu üçün səpini davam etdirirlər. İndiyədək rayon üzrə 15 min 300 hektar sahədə şum qaldırılıb, 12 min 118 hektarda taxıl səpini həyata keçirilib. Ümumilikdə isə 16 min 500 hektar sahədə taxıl səpini proqnozlaşdırılır.

Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu günədək 7129 hektar sahədə buğda, 4989 hektar sahədə arpa səpini aparılıb. Səpin kampaniyasına 430 traktor, 240 kotan, 180 taxıl səpən cəlb olunub. Fermerlər daha çox buğda və arpanın “Alekseyiç”, “Qırmızıgül”, “Tigre”, “Qarabağ-22”, “Qarabağ-33”, “Ramata” sortlarına üstünlük verirlər. Yüksək məhsuldarlığa nail olmaq üçün sahələrə səpinlə birlikdə 283 ton gübrə verilib.

İndiyədək 8985 hektar sahədə suvarma aparılıb. Vaxtında səpin aparılmış sahələrdə normal çıxış alınıb.

Qeyd edək ki, Beyləqan taxılçıları 2025-ci ildə 15 min 316 min hektar taxıl sahəsindən 56 min 736 ton məhsul əldə ediblər. Hər hektarın məhsuldarlığı orta hesabla 37 sentner olub.

Seçilən
105
azertag.az

1Mənbələr