AZ

İnsan amilinə verilən dəyər dövlət siyasətinin əsas istiqamətlərindəndir - Vüqar Rəhimzadə

Bakı. Trend:

İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiəmexanizmlərinin müəyyənləşdirilməsi Azərbaycanda dövlət siyasətininəsas istiqamətlərindən biridir. Ümumilikdə müstəqilliyimizinbərpasından, xüsusilə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbiilə hakimiyyətə qayıdışından sonra demokratik, hüquqi, sivil dövlətquruculuğu yolunu tutan Azərbaycanın qeyd olunan istiqamətlərdəatdığı addımlar, malik olduğu təcrübə beynəlxalq səviyyədə təqdiredilir. İnsan amilinə dəyər daim müasir müstəqil Azərbaycandövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevinmüəyyənləşdirdiyi və bugünümüzə, gələcəyimizə hesablanmışsiyasətinin əsasını təşkil etmişdir. Ulu Öndər Heydər Əliyevinsədrliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilənAzərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizinhüquqi təməlini formalaşdırdı. Demokratik, hüquqi dövlət quruculuğuistiqamətində mühüm, fundamental islahatlar həyata keçirən UluÖndər Heydər Əliyevin misilsiz xidmətləri, insan hüquq vəazadlıqlarının qorunmasına göstərdiyi diqqət humanizm, mərhəmət vəinsanpərvərlik kimi ülvi dəyərlərin təcəssümüdür. Son 22 ildəÜmummilli Liderin humanizm, mərhəmət və insanpərvərlik ənənələrinindavam etdirilməsinin əsas göstəricilərindən birini cəzadan azadolunan şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətininkişafına öz töhfəsini verəcəklərinə inam təşkil edib. Bu möhkəmtəməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlhamƏliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. HumanizmPrezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasistiqamətlərindən birini təşkil edir. Dövlət başçısının siyasifəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosialədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanınnəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətininformalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbuledilib.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasındabildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevsuverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqiqüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasınınxalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq,humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaqşəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizininkişafına öz töhfələrini verəcəklərinə ümid edərək 15 dekabr2025-ci il tarixində amnistiya elan edilməsi təşəbbüsünü irəlisürdü. Bu cür humanist ənənənin davamı o deməkdir ki, demokratikinkişafın əsas istiqamət kimi diqqətdə saxlanıldığı bugünküAzərbaycanda vətəndaşların hüquq və azadlıqları yüksək səviyyədətəmin olunur. Multikultural və tolerant dövlət kimi humanizmsiyasəti beynəlxalq aləmdə dəstəklənən, təbliğ edilən Azərbaycandavətəndaşlara göstərilən xüsusi diqqət və qayğı bir daha təsdiqləyirki, ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi, hüquqiislahatların, qəbul olunan qərarların əsasını humanist prinsiplərtəşkil edir. Bu baxımdan azadlıqdan məhrumetmə və azadlığınməhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsiilə bağlı Prezident sərəncamlarının imzalanması, eləcə də Amnistiyaaktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, 1995-ci ildən etibarən qəbuledilən 12 Amnistiya aktı 130 mindən artıq şəxsə şamil edilib.Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr -Zəfər Günü münasibətilə elan olunan Amnistiya aktı 17 mindən artıqnəfərə şamil olunmuşdur. Yeri gəlmişkən onu da qeyd edək ki,Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32Əfv fərmanı imzalanıb, həmin dövrdə 7 Amnistiya aktı qəbul edilib.Prezident İlham Əliyev isə 2003-2025-ci illər ərzində 39 Əfvsərəncamı imzalayıb, həmin dövrdə 5 Amnistiya aktı qəbul edilib.Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım ƏliyevanınMilli Məclisin deputatı olarkən irəli sürdüyü təşəbbüs ilə 2007,2009, 2013 və 2016-cı illərdə Amnistiya aktı qəbul edilib.

Millət vəkili bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyevtərəfindən qoyulan bu siyasətin və humanizmə sadiqlik ənənələrininəsas məqsədi insanpərvərlik dəyərlərinə böyük önəm vermək, sağlamcəmiyyət formalaşdırmaqdır. İmzalanan əfv sərəncamları, qəbuledilən amnistiya aktları törətdikləri müxtəlif cinayətlərə görəazadlıqdan məhrum edilmiş məhkumların cəmiyyət üçün yararlıvətəndaşa çevrilmələri naminə yaradılmış imkanların ən ümdəsidir.Humanizm prinsiplərinə söykənən bu addımların cəmiyyət tərəfindənyüksək dəyərləndirilməsi ölkəmizdə söz azadlığının, plüralizmin,dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraqKonstitusiyamızda bütün vətəndaşlara qarşı eyni münasibətin,dəyərin ifadəsidir. Prezident İlham Əliyevin təklifi əsasındaAmnistiya aktının şamil ediləcəyi şəxslərin, o cümlədən azadlıqdanməhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ənböyük amnistiya olacaq. Belə ki, Amnistiya aktının ümumilikdə 20mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çoxməhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmincəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı,7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digərcəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çoxşəxsin cinayət məsuliyyətindən azad ediləcəyiproqnozlaşdırılır.

Vüqar Rəhimzadə qeyd edib ki, sözügedən Amnistiya aktınınlayihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazibütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, ocümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-dəkeçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcədə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüşşəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı ErmənistanRespublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin,habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkənyetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və yacinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununlayanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya azağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görəazadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslərcəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsiazaldılacaqdır.

Milli Məclisin deputatı vurğulayıb ki, bu gün haradayaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib, bütövləşənAzərbaycanın vətəndaşı olmasından qürur hissi keçirir. Azərbaycandünya miqyasında siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin,tolerantlığın məkanı kimi tanınır, nüfuz qazanır. Yeniləşmə,təkmilləşmə, zamanın tələblərinə uyğun islahatlar dayanıqlıinkişafın əsasıdır. Günümüzün reallıqları bir daha təsdiqləyir ki,ölkədə həyata keçirilən siyasətin mərkəzində vətəndaş amilidayanır, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır.

Məqalədə:
Seçilən
62
9
az.trend.az

9Mənbələr