AZ

Balıq yeməyin hansı faydaları var?

Balıq sağlam qidalanmanın vacib hissəsidir və bir çox faydalı qida maddələri ilə zəngindir.

 

Pravda.az bildirir ki, balıq omega‑3 yağ turşuları, xüsusən də EPA və DHA ilə ürək və beyin sağlamlığını dəstəkləyir, yüksək keyfiyyətli protein, D və B vitaminləri, həmçinin kalsium, fosfor, dəmir, sink, maqnezium kimi minerallarla zəngindir.

 

Yağlı balıqlar (samon, sardinya, ton balığı və s.) ürək xəstəlikləri riskini azalda bilər, uşaq və böyüklərdə beyin və sinir sisteminin inkişafını dəstəkləyir, yuxu keyfiyyətini yaxşılaşdırır. Balıqda A, D, E və B qrupu vitaminlər, həmçinin bir sıra minerallar mövcuddur. Balığın düzgün və təzə hazırlanması vacibdir, çünki sudan və yemdən gələn cıva kimi kimyəvi maddələr sağlamlığa zərər verə bilər. Balıqdan sonra süd və qatıq istehlakı təhlükəsiz sayılır.

 

Əminə Bayramova

Tarix: 17 Dekabr 2025, 17:33   
Seçilən
96
pravda.az

1Mənbələr