Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 17 dekabr, AZƏRTAC
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və "Qarabağ" Etnomədəni Birliyinin yaradılmasının 8 illiyi münasibətilə Qazaxıstanın Türküstan vilayətində tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirin təşkilatçısı, birliyin rəhbəri Ramilə Mustafayeva çıxışında Həmrəylik Gününün tarixindən, millətimiz üçün əhəmiyyətindən və təşkilatın fəaliyyətindən bəhs edib. O, həmçinin birliyin müxtəlif mədəni layihələr, sosial və maarifləndirici tədbirlər vasitəsilə soydaşlarımız arasında həmrəyliyin gücləndirilməsinə verdiyi töhfələrə diqqət çəkib.
"Qarabağ" Etnomədəni Birliyinin nəzdində fəaliyyət göstərən "Ağdam" rəqs qurupunun ifasında Azərbaycanın milli rəqsləri tədbirə xüsusi rəng qatıb.
Sonda birliyin fəal üzvləri mükafatlandırılıblar.
-1 / 3
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.