AZ

Bakıda mağazalardan oğurluq edilib

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq cinayətləri qeydə alınıb.

APA-nın məlumatına görə, naməlum şəxs gecə saatlarında iki mağazanın qapısını qıraraq zərərçəkənlərə ümumilikdə 2900 manat dəyərində ziyan vurub. Talanan əşyalar arasında nağd pul vəsaiti ilə yanaşı, mobil telefon, enerji içkiləri və tütün məmulatları da olub.Polis əməkdaşlarının keçirdikləri tədbirilə hər iki əməli törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 22 yaşlı E.Yusifov müəyyən olunaraq saxlanılıb.Məhəmmədi qəsəbəsində keçirilən digər tədbir zamanı isə marketlərin birindən 800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən 40 yaşlı İ.Nadirov da saxlanılıb.Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
13
apa.az

10Mənbələr